Hadisə

Tanınmış həkim vəfat etdi - FOTO

24 Fevral 2025 15:58
Baxış: 3 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış həkim Damət Kərimli vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Bakupost.az -a mərhumun yaxınları məlumat verib.

Bildiriblər ki, D.Kərimli uzun sürən onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Damət Kərimli 1952-ci il mayın 8-də Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Yardımlı rayon Sanitar Epidemiologiya Stansiyasında qida həkimi kimi başlayıb, sonra infeksionist-həkim işləyib. 1998-ci ildən isə X.Rəfıbəyli adına 2 saylı Bakı Baza Tibb məktəbində müəllim vəzifəsində çalışıb. D.Kərimli bədii yaradıcılıqla da məşğul olub, daha çox lirik, satirik şerlər, qəzəllər yazıb, bir neçə kitabın müəllifidir. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.