Beyləqanda 5 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.
Milli.Az bildirir ki, Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə Beyləqanda baş verib.
2020-ci il təvəllüdlü Tahirli Dəniz nəzarətsiz olduğundan anasına məxsus dərmanları udub.
D.Tahirli Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırsa da onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma başlanıb.
Milli.Az