5 yaşlı uşaq dərmandan zəhərlənib öldü

19 Fevral 2025 11:44

Beyləqanda 5 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.

Milli.Az bildirir ki, Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə Beyləqanda baş verib.

2020-ci il təvəllüdlü Tahirli Dəniz nəzarətsiz olduğundan anasına məxsus dərmanları udub.

D.Tahirli Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırsa da onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az