Hadisə

“Spartak Kamil” vəfat etdi - FOTO

28 Yanvar 2025 11:32
Baxış: 5 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt Narkoloji Dispanserinin baş həkimi Kamil Əmirxan oğlu Mehdiyev vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Qarabağ müharibəsi əlili olan Kamil Mehdiyev 2000-ci ildən Sumqayıt Narkoloji Dispanserinə rəhbərlik edib.

Qeyd edək ki, baş həkim uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Kamil Mehdiyev Birinci Qarabağ müharibəsində zabit kimi döyüşüb və bölmə komandiri olub. O, müharibədə "Spartak" ləqəbli ilə tanınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.