Hadisə

Bakıda övladını məktəbə gətirən valideyni avtobus vurdu

24 Yanvar 2025 07:42
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə 111 saylı məktəbin qarşısında qeydə alınıb.

20 Yanvar küçəsində piyada keçidindən keçərək övladını məktəbə gətirən Nuranə Hacıyevanı 525 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı ağır kəllə-beyin travması alaraq Kliniki Tibbi Mərkəzinə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, N.Hacıyevanın vəziyyəti stabil ağırdır.

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.