Ölkə

Təyyarə qəzası ilə bağlı ilkin nəticələr bu taixdə açıqlanacaq

24 Yanvar 2025 11:26
Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq.

Milli.Az xəbər verir ki, bu sözləri Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib.

"Aktau yaxınlığında qəzaya uğrayan AZAL reysinin qara qutuları Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb", - Bozumbayev bildirib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb./axar.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.