Qəbələdə göldə batan şəxsin meyiti tapılıb.
Milli.Az bu barədə FHN-ə istinadla xəbər verir.
Nazirlikdən bildirilib ki, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə batan 40 yaşlı Qəribov İlham İslam oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Milli.Az