Hadisə

Sumqayıtda körpə süd əmərkən niyə ölüb? - TƏBİB-dən AÇIQLAMA

21 Yanvar 2025 19:19
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verildiyi kimi Sumqayıt şəhəri sakini, 2024-cü il təvəllüdlü Sevgi Quliyevanın anası süd verərkən halı pisləşib. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20.01.2025-ci il tarixində saat 01:15 radələrində Sumqayıt şəhərindən 2024-cü il təvəllüdlü uşağın halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda ölümün ilkin səbəbi ilə bağlı araşdırma aparılır.

Ətraflı məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.