Hadisə

Avtomobilləri yarışdırdılar, 2 nəfər öldü, 3 nəfər yaralandı - Təfərrüat - FOTO

17 Yanvar 2025 06:55
Baxış: 3 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

06:55

Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Milli.Az "Report"a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Sülh prospektində qeydə alınıb. Sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.

Sürücü Elşad Məmmədov, Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Yarışda iştirak edən, 2002-ci il təvəllüdlü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi KIA markalı avtomobil də yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.

-----------
23:02


Hadisə nəticəsində ölən şəxslərdən ikincisi isə Ceyranbatan qəsəbə sakini 2003-cü il təvəllüdlü Paşayev İntiqam Qalib oğludur.

APA xəbər verir ki, hadisə zamanı o piyada olaraq yolu keçmək istəyib.

--------
22:33

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Kia Cadenza" markalı minik avtomobili ilə "Hyundai Elantra" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən "Kia Cadenza" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qəza nəticəsində iki nəfər aldıqları bədən xəsarətlərindən vəfat edib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

-------------
22:18


Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Bu haqda Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Məlumata əsasən onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.

Hadisə zamanı ölənlərin birinin şəxsiyyəti də məlum olub. Belə ki, onun 1960-cı il təvəllüdlü Mehtiyev Yavər Əjdər oğlu olduğu bildirilir.

-----------
21:11



Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub.

Nəticədə 2 nəfər hadisə yerində ölüb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.