Hadisə

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - YENİLƏNİB

14 Yanvar 2025 12:33
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:36

13.01.2025-ci il tarixində saat 23:40 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli olmaqla) hospitalizasiya olunub.

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Dəm qazının toksiki təsiri diaqnozu ilə sözügedən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

09:02

Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.

Hadisə nəticəsində 2014 ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013 - ci il təvəllüdlü Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.