Hadisə

“Mercedes” piyadanı vurub öldürdü

8 Yanvar 2025 11:17
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 7-də paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, saat 22:30-da 1980-ci il təvəllüdlü Abdullayev Nail Fuad oğlu idarə etdiyi "Mercedes" markalı 77 YD 054 nömrə nişanlı avtomobililə piyadanı vurub.

Belə ki, o, Heydər Əliyev prospekti ilə hava limanı istiqamətində hərəkətdə olarkən, Sabunçu körpüsunun yaxınlığında şəxsiyyəti müəyyən edilməyən 40-45 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.