Hadisə

Bakıda ata 8 yaşlı qızını 10-cu mərtəbədən atmaq istədi

5 Dekabr 2024 12:58
Baxış: 2 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ata özünü və azyaşlı qızını eyvandan atmağa cəhd edib.

Milli.Az xəbər verir ki, bu barədə "Report"un "Telegram" kanalından məlumat yayılıb.

Məlumata görə, dekabrın 4-ü saat 13 radələrində əvvəllər qeyri-qanuni maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunan 1991-ci il təvəllüdlü Elnur Əli oğlu Şalıyev yaşadığı evin eyvanından (10-cu mərtəbə) özünü və 2016-cı il təvəllüdlü qızını atmağa cəhd göstərib.

Polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.