Hadisə

Toydan qayıdanlar qəzaya düşdü - Yaralılar var - FOTO

22 Sentyabr 2024 09:39
Baxış: 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran-Boradigah-Masallı yolunda, rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" marakalı minik avtomobilləri toqquşub, daha sonra nəqliyyat vasitələrindən biri yol kənarındakı kanala aşıb.

Qəzada dörd nəfər 1948-ci il təvəllüdlü Nəsibə Ağayeva, 1982-ci il təvəllüdlü Xəyalə Ramizli,1957-ci il təvəllüdlü Arifə Fərzullayeva və 2006-cı il təvəllüdlü Həsən Fərzullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edək ki, xəsarət alanlar toydan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.