Ölkə

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

22 Sentyabr 2024 07:52
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzlərdə göstərilməyib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölkədə fəaliyyət göstərən "MilliÖn" və "E-manat" terminallarında ödəniş edən zaman 1% komissiya tutulub. Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilib.

Vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.

"MilliÖn" şirkətindən bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur. Komissiyanın qəbzdə əks olunmaması isə müvəqqətidir və tezliklə həyata keçiriləcək. "Proses yeni tətbiq olunduğu üçün bu bir az vaxt alır", - deyə açıqlamada qeyd olunub.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.