Hadisə

"Opel" səkiyə çırpıldı - 1 nəfər öldü

15 Sentyabr 2024 13:48
Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Opel" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək səkiyə çırpılıb.

Nəticədə 23 yaşlı Şəhriyar Məmmədov hadisə yerində ölüb. 22 yaşlı Gülməmməd Gülməmmədov isə, xəsarət alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.