“Həmin videoda gördükləriniz sifarişlə hazırlanan oyun idi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməliyyat zamanı iş yoldaşları tərəfindən sürprizlə qarşılaşan "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən azad edilib.
Bu barədə "German Hospital"dan məlumat verilib.
Bildirilib ki, xəstəxananın mama-ginekoloqu Ləman Əliyeva məlum hadisədən sonra işdən azad edilib:
"Ləman xanımın bizim xəstəxana ilə artıq heç bir əlaqəsi qalmayıb, işdən azad edilib".
Məsələni aydınlaşdırmaq üçün Bakuplus.az-ın əməkdaşı mama-ginekoloq Ləman Əliyeva ilə əlaqə saxlayıb.
L.Əliyeva ona qarşı bu məsələnin sifariş olduğunu söyləyib:
"Mənimlə bağlı yanlış məlumatları hər yerdə tirajlayıblar. Mənə tapılmayan təki iş olsun. Məni tanıyan tanıyır. Hər şey yaxşıdır, narahat olmayın. Olmayacaq "German hospital", olacaq başqa bir klinika.
18 illik fəaliyyətimdə heç bir pasiyent məndən şikayət etməyib. Bütün Azərbaycan qarşısında alnım açıq, üzüm ağdır. Bu vaxta qədər mənimlə bağlı şikayət və ya mənfi rəy olmayıb. Heç bir xəstə və işçi ilə problem yaşamamışam".
Ləman Əliyeva yayılan videogörüntülərə aydınlıq gətirib:
"Həmin videoda gördükləriniz sifarişlə hazırlanan oyun idi. Allaha həvalə edirəm. Videodan da aydındır ki, mənim xəbərim olmayıb. Bütün xəstəxana bilir ki, mən xəbərsiz idim. Mənim bloger olduğumu bilirlər. Bilirdilər ki, bunu səhifəmdə paylaşacam. Qəsdən etdilər. Allah hər şeyi görür".
Xatırladaq ki, bir neçə gün öncə "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.
Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.
Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
-------
14:53
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, məsələni araşdırmaq üçün yaradılmış beş nəfərdən ibarət komissiya artıq işini yekunlaşdırıb, Ləman Əliyeva işdən azad edilib.
Komissiyanın araşdırmasının nəticəsi yanvarın 15-də ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, yanvarın 8-də mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Bundan sonra faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb. Yanvarın 9-da "German Hospital" adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib./oxu.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Onlara dövlət mənzil verəcək, 3 il müavinət ödəniləcək
-
Nəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı
-
Nəsrin Cavadzadənin serialı ilə bağlı yeni qərar
-
Bakıda küləyin sürəti 22 m/s-yə çatdı
-
Polis bir gündə 43 cinayətin üstünü açdı
-
Emmanuel Addainin yeni komandası bəlli oldu
-
"Sabah" bu gün Finlandiyada həlledici sınağa çıxır
-
İyulun 29-dan 5 məktəbdə sərbəst qəbul başlayacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Çində ard-arda zəlzələ oldu
-
Biləsuvarda sürücü sükan arxasında vəfat etdi
-
3 dəqiqəyə 1000 səhifəlik kitab oxudu – (Video)
-
Qızıl ucuzlaşdı
-
AMB bu günün valyuta məzənnələrini açıqladı
-
Dünya bazarında neft ucuzlaşmağa başladı
-
Bakıda tıxac olan küçə və prospektlər açıqlandı
-
Bu gün Yasamal, Nərimanov və Xətaidə işıq kəsiləcək
-
Nə bıçaq, nə də isti su: Dondurucunu dəqiqələr ərzində əridən üsul
-
Ən romantik və ən qısqanc bürclər
-
100 il yaşamağa kömək edən yapon pəhrizi
-
Niyə bəzi yumurtalar çətin soyulur?
-
Tez-tez kolbasa yemək xərçəng riskini artırır
-
Tərəvəzləri sirkəli suda saxlayanların nəzərinə!
-
Təzə balığı necə seçmək olar?





