Hadisə

Azərbaycanda 5 nəfər bit dərmanından zəhərləndi - Ölənlər var

30 Avqust 2024 14:18
Baxış: 7 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:18

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölənlər var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin ehtimala görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparat yumaları səbəbindən zəhərlənib.

Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

-------

13:59

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

Qeyd edək ki, sözügedən dərman həşaratlarla mübarizə üçün istifadə olunur, el arasında bit dərmanı kimi də tanınır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.