Hadisə

Bakının məşhur gecə klubunda DAVA

25 İyul 2024 08:59
Baxış: 3 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda yerləşən "Oliqarx Baku" restoranında baş verən davaya görə məhkəmə prosesi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, restoranın Vüsal adlı icarədarını döyən Həsən adlı müştərinin azadlığı 7 ay müddətinə məhdudlaşdırılıb.

Hadisə isə bu ilin fevralında baş verib.

Məhkəmədə verilən ifadələrdən məlum olub ki, müştərinin masasına hesab göndərilib. Müştəri isə indiyədək əyləşdiyi restoranların heç birində hesab ödəmədiyini bildirib. Bundan sonra mübahisə yaranıb. Daha sonra Həsən restoranın dəhlizində "Oliqarx Baku"nun icarədarına zərbələr endirib.

Zərərçəkmiş şəxs məhkəməyə videokonfrans vasitəsilə qoşularaq ona ziyan vurmuş müştəridən şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, "Oliqarx Baku" həm də gecə klubu kimi tanınır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.