Ölkə

Azərbaycanda qalmaqallı bələdiyyənin möhürü yoxa çıxdı

7 Sentyabr 2024 15:51
Baxış: 2 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bələdiyyənin möhürü yoxa çıxıb.

Milli.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin möhürü itib.

Möhürün hansı şəraitdə itdiyi məlum deyil. Möhür itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, 2022-ci ildə Qulubəyli bələdiyyəsinin sədri 1948-ci il təvəllüdlü Mirvəli Tağıyev vəzifəsindən kənarlaşdırılıb. 1999-cu ildən bələdiyyənin üzvü və sədri vəzifəsində işləyən M.Tağyev torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin bu ilin iyun ayında elan etdiyi qərarla ona 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Məhkəmədə zərərçəkmiş şəxs bələdiyyənin nümayəndəsi, eyni zamanda mülki iddiaçı sabiq sədrin qardaşı Qalib Nağıyev olub.

Hazırda Qulubəyli bələdiyyəsinin sədri vəzifəsini 2022-ci ildən etibarən Qalib Nağıyev icra edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.