Türkiyənin Ədirnə bölgəsinin Keşan rayonunda park edilmiş avtomobilə atəş açılıb.
Milli.Az news24.az-a istinadən xəbər verir ki, hadisə zamanı 26 yaşlı Mehmet Emin Serhat həyatını itirib, biri ağır olmaqla 2 nəfər yaralanıb.
Cinayət hadisəsi səhər saat 04:00 radələrində baş verib. Naməlum şəxs tapança ilə içərisində adamların olduğu 22 HC 116 dövlət nömrə nişanlı avtomobilə atəş açıb.
Hadisə ilə bağlı polisin araşdırması davam edir.
Milli.Az