Bunlar dəmir dərmanlarının təsirini azaldır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəmir preparatlarını qəhvə, çay, şərab və süd məhsulları ilə qəbul etmək onların mənimsənilmə effektivliyini azaldır.
Milli.Az xəbər verir ki, bu barədə endokrinoloq Yelena Şafranskaya məlumat verib.
Mütəxəssisin sözlərinə görə, qış aylarında insanlarda yuxululuq, halsızlıq və solğunluq xüsusilə kəskin şəkildə müşahidə olunur və bu hallar tez-tez hava şəraitinin dəyişməsi ilə əlaqələndirilir. Halbuki özünü pis hiss etməyin səbəblərindən biri də dəmirdefisitli anemiya ola bilər.
Dəmir çatışmazlığı zamanı eritrositlərdə oksigenin daşınmasını təmin edən hemoglobinin sintezi zəifləyir. Bu isə hipoksiya vəziyyətinə səbəb olur və orqan və toxumaların fəaliyyətini pozur.
Endokrinoloq qeyd edib ki, dəmirdefisitli anemiyanın korreksiyası üçün həkimlər tez-tez xüsusi dərman preparatları təyin edirlər. Lakin müalicə prosesində qida vərdişləri həlledici rol oynayır. Preparatların effektivliyi onların hansı içki ilə qəbul edilməsindən çox asılıdır.
"Qəhvə, çay və qırmızı şərab dəmirin mənimsənilməsini bloklayır. Bu içkilər təbii antioksidantlar olan polifenollarla zəngindir. Bu maddələrin qruplarından biri olan taninlər hər üç içkinin tərkibində mövcuddur. Qırmızı şərabda və tünd çayda onların konsentrasiyası xüsusilə yüksəkdir ki, bu da həmin içkilərə xas büzücü dad verir və mikroelementin əlçatanlığını azaldır",- deyə Şafranskaya xəbərdarlıq edib.
Həkim əlavə olaraq dəmir preparatlarının süd məhsulları ilə birlikdə qəbul edilməsini tövsiyə etməyib. Çünki onların tərkibindəki kalsium dəmiri bağlayaraq onun mənimsənilməsinə mane olur.
"Dəmiri mədə turşuluğunu azaldan dərmanlarla birlikdə qəbul etmək də məsləhət görülmür. Mikroelementin mədə-bağırsaq traktında mənimsənilməsi üçün turş mühit lazımdır, bu cür preparatlar isə həmin mühitin formalaşmasına mane olur",- deyə həkim fikrini yekunlaşdırıb.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar





