Hadisə

Sumqayıtda yol qəzası - 4 yaralı var

10 İyul 2024 16:30
Baxış: 1 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sülh prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

"Toyota Prius" və "İsuzu" markalı avtomobillər toqquşub. Nəticədə "Prius"da olan sürücü və 3 sərnişin xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.