Hadisə

Beyləqanda süpürgəçini maşın vurub öldürdü

8 İyul 2024 11:00
Baxış: 1 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1992-ci ilə təvəllüdlü Rəşad Şükürov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

DİN-in Mətbuat Xidmətinin Berdə qrupundan bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.