Hadisə

Şəkidə ferma yanır - AÇIQLAMA - VİDEO

5 İyul 2024 14:26
Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki şəhərində fermada yanır.

Milli.Az xəbər verir ki, bununla bağlı Oxu.Az-a məlumat verilib.

Baş vermiş hadisə ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edilib ki, FHN-in "112" qaynar xəttinə Şəki şəhəri, B.Vahabzadə küçəsində yanğın hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olub.

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fermada baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.