Maraqlı

Soyuducunu təmizləməyin qaydası

8 İyul 2024 12:46
Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tez-tez səpələnmiş və bəzən xarab olan qidalar səbəbindən soyuducudan xoşagəlməz qoxu gələ bilər. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bunun qarşısını almaq və soyuducunu ən yaxşı şəkildə təmizləməyin bir sıra sadə üsulları var.

Soyuducunu təmizləməyə başlamazdan əvvəl onu elektrik şəbəkəsindən ayırmalısınız. Soyuducunu tamamilə boşaldın. İstifadə müddəti bitmiş qidalar varsa, onları ayırın. Bu mərhələdə soyuducunun içindəki çıxarıla bilən hissələri çıxarın. Bölmələri, xüsusən də yumurta rəflərini, qabları və qapağı çıxarın.

Dünyanın ən bahalı yeməkləri: 12 min dollarla 25 min dollar arasında...
"Kişi səhər yeməyi" salatını necə hazırlamaq olar? - Dadlı və...
Yumurtaları belə bişirsəniz, uzun müddət qalacaq: evdar qadınlar BİLMƏLİDİR
Soyuducudan çıxardığınız bölmələri yuyun. Yumşaq bir süngərin köməyi ilə bölmələrə yapışan kirləri təmizləyin. Bu hissələri qabyuyan maşında deyil, əl ilə yumalısınız. Yuduqdan sonra mütləq tərs çevirərək qurudun.

Soyuducunu təmizləyərkən süngər və ya yumşaq parça ilə diqqətli olmalısınız. Metal təmizləyici süngərlər soyuducunu qaşıya bilər. Buna görə də soyuducunu qoxusuz və maye yuyucu vasitə ilə təmizləməlisiniz.

Kiçik bir vedrənin yarısı su ilə doldurun. 2 xörək qaşığı soda və ya 4 xörək qaşığı sirkə əlavə edib yaxşıca qarışdırın. Bu qarışımla soyuducunun içini təmizləyə bilərsiniz. Dondurucu üçün plastik butulkalara 1 xörək qaşığı soda və 1 xörək qaşığı sirkə əlavə edib yaxşıca çalxalayın. Bu qarışığı dondurucunun hər küncünə səpin və süngərlə təmizləyin. 

Soyuducunun içini çay dəsmalı ilə quruda və ya quruması üçün qapılarını açıq qoya bilərsiniz. Burada diqqət yetirilməsi lazım olan ən vacib məqam yeməyi soyuducuya qoymazdan əvvəl tam quruduğundan əmin olmaqdır.

Soyuducunu tamamilə təmizləyib qurutduqdan sonra məhsulları yerləşdirməyə başlaya bilərsiniz. 

Soyuducunuzun təmizləndikdən sonra xoş qoxu gəlməsini istəyirsinizsə, təzə çəkilmiş qəhvəni kiçik bir qaba qoyub soyuducunun içərisində saxlayın. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.