Dünya

WP: “Mossad” peycerlərini partlatmaq əməliyyatını bu tarixdən planlaşdırıb

6 Oktyabr 2024 10:37
Baxış: 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin kəşfiyyat xidməti "Mossad" Livanın "Hizbullah" hərəkatının rabitə cihazlarını partlatmaq əməliyyatını iki ildən çox planlaşdırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Amerika, İsrail və Yaxın Şərq mənbələrinə istinadən məlumat yayıb.

Eyni zamanda, ilk minalanmış ratsiyalar Livanda hələ 2015-ci ildə peyda olub.

WP-nin yazdığına görə, "Hizbullah" bir neçə il ərzində böyük batareyalı, gizli partlayıcı və dinləmə sistemi olan ratsiyaları istifadə edib. Güman edilirdi ki, ratsiyalar "gələcək böhran zamanı" partladıla bilər. Daha sonra "Mossad" bu məqsədlər üçün güclü partlayıcı ilə təchiz edilmiş daha kompakt peycerlərdən istifadə etməyi qərara alıb.

WP mənbələrinin məlumatına görə, bu ideya 2022-ci ildə yaranıb. "Hizbullah" İsrail və ya onun müttəfiqlərindən cihazlar almayacağı üçün "Mossad" maskalama kimi Tayvanın "Apollo" brendindən istifadə etməyi qərara alıb. İstehsal üçün autsorsinqə verilən peycerlər "Mossad"ın nəzarəti altında İsraildə istehsal edilib, lakin "Apollo" bundan xəbərsiz olub.

Qəzetin yazdığına görə, hücum günü "Hizbullah" üzvlərinin peycerlərinə "şifrələnmiş mesaj" gəlib və onu görmək üçün iki düyməni basmaq lazım idi - bununla "Mossad", döyüşçülərin hər iki əlinin yaralanmasına nail olmaq istəyirdi. WP-nin həmsöhbətlərinin sözlərinə görə, bir neçə yüksəkvəzifəli məmur "Mossad"ın əməliyyatı barədə sentyabrın 12-də - hücumdan bir neçə gün əvvəl xəbər tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.