“4-cü hakimə dedim ki, qurban olum...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, "Neftçi" Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.
Milli.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfrnansında jurnalistlərin suallarını cavablandırıb:
- Komandamla qürur duyuram. Oyuna yaxşı girə bilmədik. Rəqibimiz də çətin və sərt komanda idi. Buna baxmayaraq, hər an oyunda rahatlıq var idi ki, oyunu çevirə bilərik. Futbolçular bunu etdi. Əzmkarlıq göstərdilər. Bu vaxta qədər bizə irad tutulan "Neftçi" ruhunu geri qaytarmışıq. Buna görə futbolçuların alınlarından öpürəm. Bu gün nəticəni və xalı qoyaq kənara, komandadan razıyam. Bəllidir ki, biz tək meydanda rəqibə qarşı oynamayacağıq. Futbolçularımızı da buna kökləməliyik.
- Meydanda tamamilə başqa "Neftçi" var idi. "Zirə"yə qarşı xüsusi hazırlaşmışdınız? Qapıya zərbələriniz o qədər də dəqiq deyildi. Planlarınız var?
- İşimiz çoxdur. Bu oyun sadəcə olaraq dramatik keçirdi. Bundan əvvəlki oyunlarda da favorit biz idik. Bitiriciliklə bağlı problemlərimiz var. Qollar vuracağıq, daha da yaxşı olacağıq. Futbolçularımdan razıyam.
- VAR-da şəklə baxıb, penalti verildi. Bu epizodu necə şərh edərdiniz?
- Hakim görünməyən VAR-dan penalti çıxardı. Bu gün bizim udmağımız mümkünsüzdür. Maraqlısı da odur ki, 4-cü hakimə dəfələrlə yalvardım, dedim ki, qurban olum, mən uşaqları sakitləşdirəcəm, sən o epizoddan qabaq Kurçinin epizodunu baş hakimə izlətdir. Dedi narahat olma, deyəcəm. Bilirəm axı deməyəcək. Dedim, yanındayam, denən. Baş hakim sonra bildirdi ki, Alessionun epizodu ilə bağlı mənə heç nə deyilmədi. Yaxşı "Neftçi" olacağıq. Azarkeşlərə deyirəm, heç kimin şübhəsi olmasın. Sadəcə çoxunda yaxşı "Neftçi"ni görmək qorxusu var. Komandamla bunları aradan qaldıracam.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Arda Turanla danışıqların detalları bəlli oldu
XƏBƏR LENTİ
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)





