Hadisə

5 yaşlı uşaq müəmmalı şəkildə öldü - FOTO

18 May 2024 10:43
Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

5 yaşlı uşağın ölüm səbəbi araşdırılır.

Milli.Az haberler-ə istinadla bildirir ki, Türkiyənin Osmaniyyə vilayətində həyətdə oyun oynayarkən halı dəyişən 5 yaşlı  Gökçe Erva Kınay dərhal xəstəxanaya çatdırılıb.

Həkimlər onu həşəratın dişlədiyini, hər hansı problemin olmadığını bildirərək evə yollayıblar.

Bir müddət sonra uşağın vəziyyəti yenidən pisləşib. O, yatırıldığı xəstəxanada müəmmalı şəkildə ölüb.

Uşağın ölüm səbəbi autopsiyadan sonra bəlli olacaq. Anasının dediyinə görə uşaq həyətdə oynayarkən onun yanına gələrək "ana, məni nəsə dişlədi", - söyləyib.

Milli.Az hadisə ilə bağlı fotoları təqdim edir:

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.