Hadisə

“Prius” yük maşınına çırpıldı - Sürücü öldü

18 Aprel 2024 10:30
Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol kənarındakı yük maşınına çırpılan "Toyota Prius" markalı avtomobilin sürücüsü ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, 8 Noyabr prospektində baş verib.

Belə ki, Bəxtiyar Həsənovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil prospektin kənarında dayanmış "MAN" markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan B.Həsənov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.