Hadisə

Gəncədə bazarda yanğın olub - YENİLƏNİB - FOTO

14 Aprel 2024 12:49
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə bazarda yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Mahrasa bağı qəsəbəsində yerləşən bazarda qəfildən yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğın səhər saat 05:00 radələrində süd məhsulları satılan rəfdə baş verib. Həmin ərazidə olan soyuducular və məhsullar yanaraq yarasız hala düşüb.

Yanğınsöndürənlər alovun digər rəflərə keçməsinin qarşısını alıb.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin versiyaya görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.

---------

10.54

Gəncə şəhərində bazar ərazisində ümumi sahəsi 150 m² olan talvarın taxta atmaları 25 m² sahədə, piştaxta 40 m² sahədə və 3 ədəd soyuducu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.