Hadisə

Bakıda ikimərtəbəli ev yanıb

14 Aprel 2024 09:14
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 380 m² (hər mərtəbəsi 190 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 150 m² sahədə yanıb. Yüksək temperaturdan evin 2-ci mərtəbəsində eyvanın lambirdən ibarət tavanı 40 m² sahədə deformasiyaya uğrayıb.

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.