Metroda DAVA: müəllim döyüldü, sonra...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Koroğlu" stansiyası istiqamətində hərəkət edən qatarında müəllimi döyən sərnişinə hökm oxunub.
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, dava yaşlı iki qadına yer verməmək üstündə baş verib.
Belə ki, Adil (ad şərti) adlı müəllim saat 17:30-da metronun "Nəriman Nərimanov" stansiyasında qatara minib, həmin vaxt tanımadığı oğlan və qızın vaqonda qucaqlaşıb oturduğunu görüb. "Ulduz" stansiyasında qatara əllərində sellofan paket olan iki yaşlı qadın daxil olub. Qadınların əllərində yük olduğu üçün onlar əyləşmək istəyiblər və müəllim sözügedən gənclərin birinə yaxınlaşaraq, qadınlara yer verməsini istəyib. Gənclərdən biri isə ona kobud cavab verib.
Bu zaman Adil "tərbiyəsizə baxın, yer vermir, anası buna tərbiyə verməyib", deyib. Bu sözdən xoşu gəlməyən 2004-cü ildə Bakı şəhərində anadan olmuş Vüsal (ad şərti) yerindən qalxaraq onunla danışmaq istəyib. Müəllim isə əli ilə onun sinə nahiyəsindən vuraraq, geri itələyib. Bundan sonra Vüsal yumruqla həmin şəxsin sifət və boyun, təpiklə qarın nahiyəsinə vurub.
Sərnişinlər onları ayıraraq, sakitləşdiriblər. Qatar stansiyada saxladıqdan sonra polis əməkdaşları hadisə eyrinə gəlib, onları aparıblar. Vüsal barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəminin hökmü ilə Vüsala 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı





