Hadisə

Bakı-Sumqayıt yolunda ağır qəza - Xəsarət alan var - FOTO

28 Noyabr 2023 07:25
Baxış: 1 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, avtoqəza Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Belə ki, "Nissan" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək "BMW" markalı avtomobilə çırpıb.

Qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb. Hadisədə bir nəfər xəsarət alıb. Yaralı əraziyə çağrılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

İlkin ehtimala görə, qəzanın başverməsinə səbəb "BMW" markalı avtomobilin sürücüsünün qəfil əyləcdən istifadə etməsi olub.

Əraziyə polis əməkdaşları cəlb edilib. Qəza səbəbindən yolda tıxac müşahidə edilib. YPX əməkdaşları yaranan tıxacın aradan qaldırılması məqsədilə qəzaya uğrayan avtomobillərin yoldan götürülməsini təmin ediblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.