60 min manatı dollara çevirmək istədi... - Bakıda DƏLƏDUZLUQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda 60 min manat pulu dollara çevirmək istəyən şəxs dələduzluğun qurbanı olub.
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, avtomobil alqı-satqısı ilə məşğul Nicat Əliyev (soyad şərti) dollar almaq üçün limiti dolduğundan Elməddin adlı tanışı vasitəsi ilə tanıdığı Qabil, İsmayıl və Ramin adlı şəxslərin hər birinə 20 min manat verib. Həmin şəxslər banklardan birində pulu dollara çevirməli, əvəzində Nicat hər birinə 20 manat pul verməli imiş.
Onlar birlikdə Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən banka gediblər. Nicat Elməddinlə birlikdə bankın qarşısında gözləyib. Əvvəlcə Qabil bankdan çıxaraq 11.750 dolları ona verib. Bir qədər sonra İsmayıl da eyni məbləği təqdim edib. Nicatın Ramin kimi tanıdığı şəxsin isə bankdan qaçdığı məlum olub.
Keçirilən əməliyyat zamanı pulu oğurlayan şəxs saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, özünü Nicata Ramin kimi təqdim edib, 20 min manatını alan şəxsin əsl adı Yaşardır. Onun oğurluğu əvvəlcədən Qabil və İsmayıl adlı tanışları ilə razılaşdıraraq planlaşdırması məlum olub. Plana əsasən, onlar Nicatın verdiyi 60 mindən 40 mini dollara çevirərək qaytarmalı, qalan 20 min manatı isə oğurlayaraq aralarında bölməli imişlər.
Məhkəmə dövrünə qədər dəymiş ziyan ödənildiyindən Yaşar Zamanova (soyad şərti) iki il, Qabil Vəliyevə (soyad şərti) və İsmayıl Qəşəmova (soyad şərti) 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəza təyin edilib. Onlar Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli biliniblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
XƏBƏR LENTİ
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti





