Hadisə

Arvadını zorlayan şəxsi döydüyünə görə 2.5 illik HƏBS EDİLDİ

17 Oktyabr 2023 20:29
Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Bryansk Vilayət Məhkəməsi arvadın təcavüz edən şəxsi beyzbol zopası ilə döyən 47 yaşlı yerli sakini 2,5 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə regionun ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

İdarədən verilən məlumata görə, saxlanılan şəxs Dyatkovo rayonunu ərazisində küçə ilə hərəkət edirmiş. Orada əvvəllər arvadına təcavüz edərək zorlayan şəxslə qarşılaşıb. O, buna dözə bilməyib, maşından düşüb və həmin şəxsin ayağından vurub. Daha sonra o, beyzbol zopası ilə qurbanın kürəyinə, yumruqla üzünə vurmağa davam edib.

Məlumata görə, hücuma məruz qalan şəxsin qabırğası sınıb və dalağı zədələnib.

Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin "h" bəndi ("Silah qismində istifadə edilən əşyadan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurma") ilə təqsirli bilinib.

O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.