Hadisə

İki yaşlı uşaq əkiz qardaşını xəstəxanalıq etdi

6 Oktyabr 2023 08:07
Baxış: 1 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərində əkiz qardaşı ilə mətbəxdə oynayan iki yaşlı uşaq döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, valideynlər iki yaşlı əkiz qardaşları yatızdırmağa aparıblar. Bir anda ana və atanın fikri yayınıb və uşaqlar mətbəxə qaçıblar.

Oğlanlardan biri masanın üzərindən bıçağı götürüb, bu zaman qardaşı onun yanına qaçıb və bıçaq onun sinəsinə batıb.

Uşaq döş qəfəsinin kəsilmiş yarası ilə tibb müəssisəsinə yerləşdirilib, hazırda cərrahiyyə şöbəsindədir. Hadisənin başvermə səbəblərini Moskva vilayəti üzrə prokurorluq araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.