Hadisə

Kilsənin damı uçdu - 5 ölü

2 Oktyabr 2023 07:23
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın şimalındakı Tamaulipas ştatının Syudad Madero bələdiyyəsində kilsənin damının uçması nəticəsində azı 5 nəfər ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə ölkənin "Sintesis" qəzeti yazıb.

Bildirilir ki, kilsədə 30-40 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Hadisə kilsədə vəftiz mərasimi keçirilən zaman baş verib.

Zərərçəkənləri dağıntılar altından çıxarmaq üçün hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər gəlib.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.