Hadisə

Suqmayıtda maşın oğurlayan dəstə tutuldu

29 Sentyabr 2023 20:15
Baxış: 705

Sumqayıtda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, sentyabrın 28-də Sumqayıt şəhərinin Betonzavod ərazisindən "Mercedes" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakinləri N.Mərdanzadə, E.Mövlüdov, əvvəllər məhkum olunmuşlar H.Nurəliyev, F.Ağabalazadə və Bakı şəhər sakini A.Həsənov Sumqayıt şəhəri ərazisində avtomobillə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics