Hadisə

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: Bina dağıldı, yaralananlar var - YENİLƏNİB

10 Avqust 2023 22:49
Baxış: 4 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində bina dağılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Malatya vilayətinin qubernatoru Ersin Yazıcı deyib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində bir neçə nəfərdə yaralanıb.

Digər dağıntılar və tələfat barədə məlumat verilməyib.

--------

22:06

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağının dərinliyi 7 kilometr olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.