Hadisə

Şəhidimizin qohumu Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

28 Fevral 2023 09:47
Baxış: 2 246
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Zaqatanın Suvagil kəndindən olan Əhmədov Amid Fərman oğlu Rusiya tərəfindən döyüşlərə qatılıb.

O, bu gün minaya düşərək həyatını itirib. 

Mərhumun cənazəsinin yaxın günlərdə Zaqatalaya gətirilərək doğma kəndində dəfn ediləcəyi bildirilir. 

Qeyd edək ki, Amid Əhmədov Zaqataladan olan Vətən müharibəsi qəhrəmanı, şəhid İsmayıl Səmədovun dayısı oğludur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.