Bakıda ana oğlunu döyən məktəblini polisə verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı sakini G.Əliyeva Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan övladı R.E.-nin yanvarın 18-də təhsil aldığı məktəbdə planlı şəkildə döyüldüyünü iddia edib.
Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, şikayətçi 8-ci sinifdə oxuyan oğlunun digər sinifdən olan şagirdlə bir neç gün əvvəl probleminin yarandığını, bundan 5 gün sonra, yanvarın 18-də isə övladının məktəblinin hücumuna məruz qaldığını bildirib. G.Əliyeva oğlunun döyülməsini əks etdirən görüntülərin olduğunu, lakin ona təqdim edilmədiyini deyib:
"Yanvarın 18-də övladım məktəbin əsas korpusundan çıxıb növbəti dərs üçün arxa korpusa gedərkən həmin şagirdin qardaşı, qohumu, cangüdəni və sürücüsü məktəbin kameraları qarşısında bu cinayəti törədib. Qarşı tərəfin kim olması guya məktəbin rəhbərliyinə məlum deyil. Bu şəxslər məktəbi və polisi belə saymırlar. Görüntülər məktəb rəhbərliyində olsa da, mənə vermirlər".
Məsələ ilə bağlı Bakı şəhər 27 nömrəli tam orta məktəbdən "Qafqazinfo"ya bildirilib ki, baş vermiş hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: "13.01.2023-cü il tarixində tənəffüs zamanı məktəbin VIII sinif şagirdi ilə VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) arasında anlaşılmazlıq yaranıb. Məktəb rəhbərliyi, psixoloq və sinif rəhbərinin iştirakı ilə məsələyə müdaxilə olunub. Hər iki şagirdlə və valideynləri ilə söhbət aparılıb, münasibətlərin tənzimlənməsinin zəruriliyi barədə tövsiyələr verilib.
Tərəflər arasında razılıq əldə olunsa da, VI sinif şagirdi aldığı fiziki təzyiqə görə gərginliyi davam etdirib. 18.01.2023 -cü il tarixində tənəffüs zamanı (V dərsdən sonra) VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) qardaşı ilə birgə növbəti dərs üçün digər korpusa gedən VIII sinif şagirdinə yaxınlaşaraq ona fiziki təzyiq göstəriblər. Həmin məktəblinin valideyni məsələ ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib. Təhsil müəssisəsi rəhbərliyi tərəfindən dərhal lazımi addımlar atılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır".
DİN Mətbuat xidmətindən qafqazinfonun sorğusuna cavab olaraq bildirilib ki, hadisə barədə daxil olmuş müraciət üzrə araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
XƏBƏR LENTİ
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)





