Sülhməramlılardan DƏHŞƏTLİ ƏMƏLLƏR: azyaşlı qızları zorlayır, hamilə qoyur... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün məhkəmə təcavüzkar Kərim Elkoranini 15 il müddətinə azadlıqdan məhrum edib.
BMT-nin keçmiş əməkdaşı, 39 yaşlı Kərim Elkorani 13 qadına narkotik maddə verərək təcavüz etməkdə təqsirli bilinib.
Hadisələr 17 il ərzində İraq, Misir və ABŞ-da baş verib.
Məlumdur ki, həmin şəxs İraqda beynəlxalq inkişaf sahəsində, üç il BMT-nin Uşaq Fondunda və iki il BMT-nin kommunikasiya üzrə mütəxəssisi kimi çalışıb.
Elkorani qurbanlarının etibarını qazanıb, onlara xəbərləri olmadan narkotik maddə verib, sonra isə zorlayıb.
BMT əməkdaşının çirkin əməllərinə məruz qalan 13 qadın, o cümlədən 2016-cı ildə İraqda işləyən jurnalist müəyyən edilib.
Nəticədə məhkəmə təcavüzkarı 15 il müddətinə azadlıqdan məhrum edib.
Ümumiyyətlə, BMT-nin sülhməramlı əsgərləri tez-tez təcavüzlərdə əli olan "qəhrəman"lar kimi qalmaqallara səbəb olur. Konqoda azyaşlı qızın meşədə ölü tapılması onlar haqda yeni şübhələrə rəvac verib.
Associated Press-in yenidən gündəmə gələn son araşdırması göstərir ki, BMT-nin sülhməramlı əməkdaşları 2005-dən 2017-ci ilə qədər 2 min dəfə seksual zorakılıqda ittiham ediliblər.
Əgər bu qalmaqallarda episentr varsa, o şübhəsiz ki, Konqo Demokratik Respublikasıdır. Bu ölkədə dünyada ən böyük BMT kontingenti yerləşdirilib ki, onun saxlanmasına hər il milyard dollar xərclənilir.
Seksual zorakılıqdan zərər çəkmiş 2 min qadın və qızdan 700-ü məhz bu ölkənin payına düşür.
Nə tipikdir, cinayətlərin çoxu praktik olaraq araşdırılmır: sülhməramlıları heç də sülhə aid olmayan əməllərinə görə hüquq-mühafizə orqanları həbs etməyə tələsmir...
Milli.Az 10-larla alçaldılmış konqolu qadınları müdafiə etməli olduğu halda, onları zorlayan BMT-nin sülhməramlı missiyası haqda araşdırmanı oxuculara təqdim edir:
.jpg)
Blandan adlı 15 yaşlı gənc qızı mərakeşli sülhməramlı əsgər zorlayıb. O, hamilə qalıb və oğlan uşağı dünyaya gətirib. Uşağın atasını tapmayıblar və BMT-yə olunan bütün müraciətlər cavabsız qalıb...
.jpg)
Yerli sakinlər Mayklı qəbul etmirlər, onlar onu - ağ insandan peydahlanan "çıxarış" adlandırırlar. O, yalnız özü kimi təcavüz nəticəsində dünyaya gələnlərlə oynaya bilər, başqa uşaqlar onu yanlarına buraxmırlar...
.jpg)
Zalımlardan hamilə qalmış qızlar məktəbi ataraq, həyatlarını heç kəsə lazım olmayan uşaqlarına həsr etməyə məcbur olurlar. Əlində "çıxarış"ı olan qadına ər tapmaq praktik olaraq mümkün deyil. Onları ağlağəlməz məşəqqətli həyat gözləyir.
.jpg)
Bor adlı balaca qızın 11 yaşı olanda sülhməramlı əsgər ona çörək və banan təklif edərək meşəyə aparır və orada qızcığazı zorlayır. Bu mənfur hadisədən sonra uşaq dünyaya gətirən qızdan ailəsi imtina edir və o, məktəbi də atmalı olur. 2 il sonra "sülh göyərçinləri"ndən daha biri onu alçaldır və Bor yenidən hamilə qalır. Uşaqları tərbiyə etmək onun üçün dözülməz dərəcədə çətin idi - yardıma körpələrin üzərində qəyyumluğu rəsmiləşdirmiş dayısı gəlir...
.jpg)
Associated Press qızların üzərində seksual zorakılıqda ittiham olunan sülhməramlıların mənsub olduğu 12 ölkənin rəsmiləri ilə əlaqə saxlayıb. Heç bir paytaxtdan suallara dolğun cavab verilməyib. BMT-nin məsələyə münasibəti belədir ki, atalıq testinin nəticələrinə uyğun olaraq qadınlara yardım göstərilir...
.jpg)
15 yaşlı Endjel sülhməramlıların düşərgəsində qulluqçu işləyirdi. 2005-ci ildə o, BMT hərbi qulluqçusu tərəfindən zorlanır. Bu gün Endjelin qızının 16 yaşı var. Nə ona, nə də BMT qulluqçularından zərər çəkmiş başqa qadına indiyədək hər hansı bir maliyyə yardımı göstərilib.
.jpg)
"Sülhməramlılar qızları peçenye ilə, konfetlərlə və südlə cəlb etməyə çalışırlar, sonra isə zorlayırlar", - Dorkas Zavadi adlı, zərərçəkmiş qızlardan birinin qəyyumluğunu öz üzərinə götürmüş qadın danışır.
.jpg)
Ebiqeyl adlı qızcığazı 14 yaşında zorlayıblar. O, hətta öz uşağının atasının milliyyətini belə bilmir.
.jpg)
Bir çox gənc qız belə hamiləliklərdən və alçalmalardan sonra ağır həyat şəraitinə tab gətirə bilmir və intihara cəhd edir.
.jpg)
Ən dəhşətlisi budur ki, hər il BMT sülhməramlıları tərəfindən zorlama hadisələrinin ört-basdır edilməsi üçün qeyri-rəsmi olaraq yarım milyon dollar ayrılır. Amma pullar zərərçəkmiş qadınlara çatmır, onları regionda işləyən müxtəlif humanitar təşkilatlar qamarlayırlar...
Zaur Həsənəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yasamalda məktəbdə şagird faciəvi şəkildə öldü - Detallar - (Yenilənib)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
XƏBƏR LENTİ
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
Yasamalda məktəbdə şagird faciəvi şəkildə öldü - Detallar - (Yenilənib)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
“Fənərbağça”dan ayrılan baş məşqçi qəza törətdi
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü





