Hadisə

Yasamalda ətrafı su basdı: qəzadan sonrakı vəziyyət - VİDEO - FOTO - YENİLƏNİB

26 Oktyabr 2022 10:07
Baxış: 8 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:07

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı xəttə suyun verilməsi dayandırılıb, ərazidəki su çəkilib.

Milli.Az bildirir ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, "Azərsu" ASC-nin və Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları çalışır.

Hazırda ərazidə su qalmayıb və ərazinin təmizlənməsi işləri aparılır.

----------

08:21

Bakını su ilə təmin edən irihəcmli su xəttlərindən birində qəza baş verib.

Milli.Az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən Yeni Yasamal yaşayış kompleksində baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Əsəd Əliyev küçəsində yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub, küçəni su basıb. Nəticədə ərazidəki bir sıra obyektlərə ziyan dəyib.

Dərhal ərazidə xidmət aparan polis əməkdaşları məsələyə müdaxilə edib. Vətəndaşlara dəyən ziyanın qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Daha sonra polis əməkdaşları hadisə yerinə aidiyyəti dövlət qurumlarının cəlb olunması istiqamətində onları məlumatlandırıblar.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.