Hadisə

Güclü külək Bakıda ağacları aşırdı - VİDEO - FOTO

21 İyul 2022 17:52
0 Şərh     Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü külək səbəbindən paytaxtda bir neçə ağac aşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, paytaxtın Səməd Vurğun küçəsi 53/57 və Bülbül prospekti 20 ünvanlarında irigövdəli ağaclar aşıb. Küçədə quraşdırılmış təhlükəsizlik kamerası zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, gecə saatlarından bu dəqiqəyə qədər üç ağac sınıb, dördünün isə budaqları qırılıb. Birlik əməkdaşları tərəfindən aidiyyəti üzrə tədbirlər görülür.

Paytaxtda aşan ağacların ərazidən təmizlənməsi istiqamətində işlər görülür. 

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. 

Qeyd olunub ki, birlik əməkdaşları tərəfindən Səməd Vurğun küçəsi 53/57 və Bülbül prospekti 20 ünvanlarında aşan irigövdəli ağacların nəqliyyatın və piyadaların hərəkətinə yaratdığı maneələr aradan qaldırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.