Hadisə

Bakıda lift qırıldı - YARALI VAR - VİDEO

4 İyul 2022 22:47
0 Şərh     Baxış: 2 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:47

Bakıda yaşayış binasının lifti qırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, Həsənoğlu küçəsi 6A ünvanındakı binada baş verib. Axşam saat 19:30 radələrində yaşayış binasının lifti hərəkətdə olarkən qırılıb. Hadisə nəticəsində liftdə olan bir nəfər xəsarət alıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Hadisədə xəsarət alan 48 yaşlı Zəhra Həsənova topuğun travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

---------

22:40

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binalarından birinin lifti qırılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə İzzəddin Həsənoğlu 6 ünvanında baş verib. Nəticədə bir neçə nəfər xəsarət alıb. Əraziyə təcili yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Daxili işlər Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.