Hadisə

"VAZ" "Mercedes"lə toqquşub: 1 ölü, 2 yaralı

25 May 2022 07:48
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fatmayı qəsəbəsində yol qəzası bir nəfərin ölümünə səbəb olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Digah-Fatmayı şossesində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobillə "Mercedes" toqquşub. Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü - 1993-cü il təvəllüdlü Səmədov Ramin İlyar oğlu hadisə yerində ölüb. 1998-ci il təvəllüdlü Sadıqzadə Mircəlal Səbuhi oğlu, 2002-ci il təvəllüdlü Salayev Rəşad Novruz oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.