Hadisə

Qulinin qatili həbsxanada öldürüldü - Şok iddia

13 Aprel 2022 09:28
0 Şərh     Baxış: 4 485
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Lotu Quli" kimi tanınan qanuni oğru Nadir Səlifovun qatili, kriminal aləmdə "Xan Bakinski" kimi tanınan Xaqan Zeynalovun Türkiyədə həbsxanada öldürüldüyü iddia olunur. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Milli.Az cebhe.info-ya istinadən xəbər verir ki, Xaqan Zeynalovun törətdiyi bildirilən qətllə, yəni Lotu Qulinin öldürülməsiylə bağlı iş artıq məhkəməyə göndərilmişdi.

Ehtimallara görə, məhkəmə ərəfəsində belə bir hadisənin törədilməsi onun bəzi faktları aça biləcəyi ilə bağlı olub.

Mənbə Xaqan Zeynalovun öldürülüb-öldürülməsi ilə bağlı suala dəqiq cavab vermək istəmədiyini bildirib.

Bununla belə qeyd edib ki, X.Zeynalovla hesablaşma Lotu Qulinin klanının yox, özünün təmsil etdiyi qruplaşmadan kimlərinsə cəhdi ola bilər. Başqa sözlə, L.Qulinin qətlinin sifarişçisi olan qrup və ya şəxslərdən kimlərsə X.Zeynalovun məhkəməyə çıxmasını istəməyib:

"Xaqan Zeynalov hələ yaşamalı idi. Onunla bağlı belə düşünülürdü. Görünür, qarşı tərəf onu cəzalandırıb".

Xatırladaq ki, 2020-ci il avqustun 19-dan 20-nə keçən gecə Türkiyənin Antaliya şəhərində otellərin birində "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifov 25 yaşlı Xan Bakinski (Xaqan Zeynalov) tərəfindən qətlə yetirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.