Hadisə

Oğurladığı qızılları satıb əyləncəyə xərclədi

13 Yanvar 2022 09:12
0 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə fərdi yaşayış evindən oğurluq edən şəxs polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polisə müraciət edən zərərçəkmiş qadın ona məxsus mənzildən 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin şəhər sakini Ramiz Cabbarov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Araşdırma zamanı R.Cabbarovun qızıl-zinət əşyalarını oğurladıqdan sonra Bakı şəhərinə apararaq orada satdığı, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyi məlum olub.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.