Hadisə

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist vəfat etdi

5 Dekabr 2021 17:37
0 Şərh     Baxış: 2 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist Aydın Mehdiyev vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, 1967-cü il təvəllüdlü Aydın Mehdiyev uzun sürən xəstəlikdən sonra müalicə üçün getdiyi Kanadada dünyasını dəyişib.

Qeyd edən ki, Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Aydın Mehdiyev bir müddət Azərbaycanın Fransadakı səfirliyində mətbuat katibi vəzifəsində çalışıb. Daha sonra Rusiyanın "Nezavisimaya Qazeta" və MİR televiziyasında fəaliyyətini davam etdirən həmyerlimiz Rusiya mediasında postsovet ölkələri üzrə siyasi şərhçi kimi də tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.