Hadisə

Helikopter qəzasında 14 nəfər həlak olub, 2 nəfər yaralanıb - ADLAR

30 Noyabr 2021 16:08
Baxış: 4 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olub.

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;  

3. mayor Həsənov Elmir Mircəlil oğlu; 

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 

5. mayor Mayılov Emil Şahid oğlu; 

6. mayor Məmmədov Murad Yaşar oğlu; 

7. mayor Əliyev Emil Elman oğlu; 

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 

9. kapitan Bayramlı Cavid Əhliman oğlu; 

10. kapitan Əliyev Xəyyam  Əlixan oğlu; 

11. kapitan Qaraisayev Teymur  Ənvər oğlu; 

12. leytenant  Süleymanov Abdulla Telman oğlu; 

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.